Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > 2-ci qrup əlil HAQQINI TƏLƏB EDİR...

2-ci qrup əlil HAQQINI TƏLƏB EDİR...


15-12-2025, 12:15

Salyan rayon sakini Kərimov Cəlil İltifat oğlu bildirir ki, açıq ürək əməliyyatı keçirdikdən sonra ikinci qrup əlil olub və dövlətin ona ödədiyi 220 manatlıq müavinət təxminən iki ildir ki, dayandırılıb

Gundemxeber.com saytının redaksiyasına ünvanladığı müraciətdə o, deyir: “Mənə verilən 220 manatlıq müavinət, hətta az olsa belə, ürəyim üçün dərman almağa kömək edirdi. Amma hazırkı vəziyyətimlə buna imkanım yoxdur!

Salyan Mərkəzi Xəstəxanasının ürək-damar şöbəsində bir neçə dəfə müalicə olunmuşam.

Orada tibbi müayinədən keçdim və yenidən ekspertizadan keçmək üçün Bakıya müraciət edildi. Buna baxmayaraq, Bakı imtina edib”.

Qeyd edək ki, ikinci qrup əlil Kərimov Cəlil İltifat oğlu müvafiq qurumlardan dayandırılmış müavinətinin bərpasını və sənədlərinin yenidən araşdırılmasını xahiş edir.


Geri qayıt