Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş…
İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş…12-12-2025, 12:04 |
|
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov balıq festivalında geyindiyi üst geyimin hansı markaya məxsus olduğunu açıqlamasa da, qiymətinin 350 manat olduğunu bildirdi. Tribuna.az gənc icra başçısının geyindiyi üst geyimlə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, kişilər üçün bu tərz və üslubda üst geyimləri istehsal edən çox az marka var. Üst geyiminin klassik, qısa, sadə dizaynlı, gizli düymə dizaynlı olması onun dünyaca məşhur bahalı brendlərdən olan “Hugo Boss”, “Massimo Dutti”, “Burberry” markalarına aid olduğunu göstərir. İcra başçısının əynindəki üst geyim üslub və forma baxımından “Burberry” brendinə daha çox uyğundur. Hazırda bu brendin bu tərz, lakin cibləri düyməli modelləri satışdadır. Bu marka lüks seqmentdədir və buna görə də qiymətləri olduqca yüksəkdir. Geri qayıt |