Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Mədəniyyət Nazirliyində dövlətin qanunları işləmirsə: KİMİN SÖZÜ ÜSTÜNDÜR?
Mədəniyyət Nazirliyində dövlətin qanunları işləmirsə: KİMİN SÖZÜ ÜSTÜNDÜR?Bu gün, 12:26 |
|
"Azərbaycanın ən nüfuzlu universitetlərindən birini yüksək balla bitirən, evin tək övladı olmasına baxmayaraq Vətən müharibəsinin ən qaynar nöqtələrində könüllü iştirak edən və DİM-in indiyə qədər keçirdiyi dövlət qulluğu imtahanlarında yalnız ən yüksək nəticə göstərən 10 faizlik kateqoriyaya düşməyi bacaran bir gənc Mədəniyyət Nazirliyində işə qəbul olunur. Daha dəqiq desək, DİM-in imtahanından keçdikdən sonra Mədəniyyət Nazirliyindəki müsabiqə mərhələsində də uğurlu nəticə göstərir və təbii olaraq gözləyir ki, bütün mərhələləri keçdiyi üçün işə çağırılacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Əlişir Əhəd qeyd edib.
O daha sonra bildirir: "Amma aylar, hətta illər keçir, Nazirlik həmin gənci işə dəvət etmir. Heç bir əsas, heç bir rəsmi izah təqdim olunmur… Sanki onun qəbul olub-olmaması ya unudulub, ya da kiminsə qəsdən yadından çıxıb.
Son aylarda yazılanlara, deyilənlərə və ortaya çıxan faktlara baxanda isə hər şey daha da aydın olur: Demə, o gəncin işə götürülməməsinin səbəbi nə onun savadı, nə qabiliyyəti, nə də keçdiyi döyüş yolu və imtahan nəticələri imiş. Səbəb tamam başqa imiş…
Çünki “iki xalaoğlu” tərəfindən özəl mülkiyyət kimi bölüşdürülən Nazirlikdə yer əvvəlcə qohum-əqrabaya, dost-tanışa, “öz adamlarına” ayrılırmış. Belə bir sistemdə savadlı və yüksək nəticə göstərən bir gəncin yeri hardan olsun ki?..
Həqiqət budur: haqqın, zəhmətin və bilginin dəyər görmədiyi yerdə istedadlar itib-batır, belə idarə olunan qurumlar isə içəridən çürüməyə məhkum olur.
Mən isə bu məsələnin ağırlığını və bütün təfərrüatını şəxsən nazir Adil Kərimliyə müraciət edərək çatdırmış, həmin gəncin haqqı olan işə qəbulunun təmin edilməsini xahiş etmişdim. Təbii ki, müraciətim nəticəsiz qaldı.
Görünən odur ki, nazirin “kruqu”nda savadlı, bacarıqlı, vətən üçün döyüşən birinə ehtiyac yoxdur. Necə ki, ixtisaslı kadrların yerinin sevgililər, bacılar, qardaşlar və dost-tanışlarla doldurulmasının səbəbi Nazirliyin rəhbər heyətinə göz gəzdirəndə tam aydın görünür. Əks halda, Antaliyadakı oteldə hay-küylü dava-dalaşın səsi buralara qədər gəlməzdi..."
Geri qayıt |