Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI

Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI


Bu gün, 07:31

17 sentyabr 2025-ci il tarixində açıqlanan tender məlumatlarına əsasən, Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən "GSL Service" MMC ilə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi məqsədilə 175.164,98 AZN məbləğində müqavilə bağlanıb.

Görünən odur ki, xəstəxana yalnız zibil (tibbi tullantı) daşıyıb zərərsizləşdirmək üçün illik olaraq 175 min manatdan çox vəsait ayırıb. Bu, sadəcə texniki xidmət adı ilə ayrılan vəsaitin həddindən artıq şişirdildiyini göstərir.

Sual olunur:
- Göygöl kimi orta ölçülü bir rayon xəstəxanasında bir ildə bu qədər tibbi tullantı necə yaranır?
- Ayrılmış bu qədər vəsaitin konkret olaraq nəyə xərcləndiyi barədə ictimaiyyətə hesabat veriləcəkmi?
- “GSL Service” MMC bu işə nə qədər real xidmət göstərib, nə qədər gəlir əldə edib?

Mütəxəssislər bu tip tenderləri dövlət vəsaitlərinin leqallaşdırılmış şəkildə mənimsənməsi, şişirdilmiş rəqəmlərlə korrupsiya sxemlərinin həyata keçirilməsi kimi qiymətləndirir. Belə böyük məbləğdə xərcin sadəcə tullantı üçün ayrılması cəmiyyətdə ciddi suallar doğurur.

Bu səbəbdən Maliyyə Nazirliyi, Hesablama Palatası və Baş Prokurorluq təcili şəkildə bu tenderin şəffaflığını və vəsaitin təyinatı üzrə istifadə olunub-olunmamasını audit və araşdırma yolu ilə yoxlamalıdır.

Mövzu diqqətdə saxlanılır. Əldə etdiyimiz yeni faktlarla ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik.


Geri qayıt