Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU...

Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU...


Bu gün, 12:44

Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər küçələrinin əsaslı təmiri ilə bağlı satınalma prosesini yekunlaşdırıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 344 min 592 manat 10 qəpik təşkil edir.

Şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi AZAD MURADOV ƏZİM OĞLUdur.

Xatıradaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir.

*Mətbuatda gedən məlumatlara görə, “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti AAYDA sədri Saleh Məmmədovun sevimli şirkətidir.

Məlumatlarda qeyd edilib ki, Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.

Hələ 2021-ci ildə mətbuatın yazdığına görə, "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.


Geri qayıt