Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > ASAN xidmət də işi ÇƏTİNƏ SALIR...

ASAN xidmət də işi ÇƏTİNƏ SALIR...


Dünən, 13:14

"Keçən ayın 26-sı ana olmuşam. 04.09.25 tarixində "ASAN Xidmət"ə müraciət etdik..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda Nuray Huseynova adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "05.09.25 şəhadətnamə aldıq və birdəfəlik müavinətlə bağlı qərar təsdiqləndi. Ayın 5-dən bu günə kimi hələ də ödənişi ala bilmirik... Uşaq pulu ilə bağlı əvvəlcə vəd verildi ki, 10 gün ərzində yüklənəcək. Sonra "142" xəttindən dedilər ki, sentyabrın 25-dən sonra digər sosial ödəmələr yuklənəndə o da yüklənəcək, "Kapital Bank"a yaxınlaşıb alarsınız.

Dünən "Kapital Bank"ı yığmışıq, dedilər ki, bizlik durum yoxdur... yüklənməyib, 142-yə deyin... Ora yığırıq... deyirlər, bizlik deyil.

Hara şikayət edim mən? Bu pul 3 günə-5 günə... maksimum 10 günə alınan puldur... Hələ yoldaşıma deyirlər ki, ananın özü yaxınlaşsın... Körpə uşaqla necə yaxınlaşım ki?"


Geri qayıt