Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Suraxanıda QANUNSUZ PUL YIĞIMI...

Suraxanıda QANUNSUZ PUL YIĞIMI...


Bu gün, 09:26

Suraxanı rayonunda əhalidən qanunsuz pul yığımı davam edir. "DİA-AZ" xəbər verir ki, bu barədə narazılığını ifadə edən Suaraxnı rayonu, Ramana qəsəbəsinin sakinlərinin sözlərinə görə, onlardan qanunsuz olaraq pulu yerli icra nümayəndəsi tələb edir.

Sakinlər bildirir ki, bir müddət əvvəl ərazidə su sayğaclarının quraşdırılması zamanı yolların asfalt örtüyünü dağıdıb, keçilməz etdilər.

Vətəndaşların şikayətinə baxmayaraq, büdcədən pul ayrılsa da, yolları təmir etmirlər.

"Əksinə olaraq, hər bir evdən 150 manat pul tələb edirlər" deyə narazılığını ifadəe dən Ramana sakinləri hara şikayət edəcəklərini bilmədiklərini də deyirlər.

Məsələ diqqətimizdədir.


Geri qayıt