Əsas Səhifə > Üçüncü sektor / Güney Press / Manşet > Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI

Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI


Bu gün, 14:10

Naxçıvanda səhiyyə naziri postunu tutan Samiq Sadıxov deyəsən, hələ çox hədəfə çevriləcək. Yox, bu dəfə hörmətli nazirimiz hansısa qanunsuz əməllərinə görə yerli KİV-in tənqidinə tuş gəlməyib. Bu dəfə məsələ fərqlidir.

"DİA-AZ"a Naxçıvandakı mənbələrdən verilən xəbərə görə, Samiq Sadıxovun rəsmən xidmətində olan 85AA008 dövlət nömrə nişanlı avtomobil Naxçıvan Muxtar Respublikasında Dövlət Yol Polisinin saxlanma dayanacağına yerləşdirilib.

Məlumatı verən mənbə iddia edir ki, səhiyyədəki özbaşınalıqları ilə ad çıxaran Sadıxov elə zənn edib ki, Naxçıvanda külli-ixtiyar sahibdiriu və onun rəsmi dövlət nömrəsi altında hərəkətdə olan maşını qanunlara tabe olmayıb. Bu səbəbdən hal-hazırda cərimə meydançasında saxlanılır və bu da o deməkdir ki, Naxçıvanda dövlət kiminsə nazı ilə oynamaq fikrində deyil. Xüsusən də ünvanı yetərincəı kirlənmiş birisinin...

Məsələ diqqətimizdədir...


Geri qayıt