Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?"
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?"Bu gün, 10:44 |
Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsi baxımsızlıqdan dağılmağa başlayıb. Məqbərənin üst qatındakı kərpiclər qırılıb töküldüyündən oradan keçməyə alışmış sakinlər yollarını dəyişməli olurlurlar. Bu məqbərə həm də yaxınlıqdakı məktəbin yolunun üstündədir. Bu səbəbdən xüsusilə azyaşı uşaqların təhlükəsizliyi valideynləri narahat edir.
Şəhər sakini B. Quliyeva deyir ki, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb
“Uşaqlar hər gün oradan keçib məktəbə gedib-gəlirlər. Qorxuruq ki, abidədən qırılıb tökülən hissələr başlarına düşə bilər. Bu səbəbdən nəzarət etmək məcburiyyətində qalırıq. Havalar istiləşir, ətrafda park da var. Uşaq, böyük hamısı oraya çıxıb gəzişir. Tez-tez Naxçıvana gələn turistlər onun ev muzeyi ilə bərabər məqbərəsini də ziyarət edirlər. Bu cür dahi insana bu cür münasibət ola bilməz. Hüsey Cavid Naxçıvanın, bütün Azərbaycanın fəxridir.”
Digər sakin Qurban Qasımovu isə turistərin Naxçıvan haqda mənfi qiymətləndirmələri narahat edir
“Bu məqbərəni hər il yüzlərlə turist ziyarət edir. Bizi qoy qırağa, onlardan ayıbdır. Hər şeyə pul tapırlar, harada yaxşı torpaq var ələ keçirilər. Özləri üçün tikib, yaradırlar. Bu cür tarixi şəxsiyyətin abidəsini unudurlar. Bir dəfə tikiblər vəssalam. Kiçik bir abidədir. Buna vaxtı-vaxtında baxmaq məgər problemdir? Bir o qədər də xərc aparmır. Abidənin bu cür baxımsız qalması, üstünün qırılıb tökülməsi Hüseyn Cavidə, onun yaradıcılığına, onu sevənlərə hörmətsizlikdir.”
Hüseyn Cavid məqbərəsi 1996-cı ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Məqbərə dahi dramaturqun həmin ərəfədə Ruysiyadan gətirilmiş nəşinin basdırıldığı qəbrin üzərində inşa edilib. Həmin qəbrin yanına onun həyat yoldaşı Müşgünaz xanım və oğlu Toğrulun da köçürülmüşdü. 2004-cü ildə dramaturgun qızı Turan xanım da vəfat etdikdən sonra burada basdırılıb.
Yerli sakinlər aidiyyəti qurumlara müraciət edərək, məqbərəyə diqqət ayrılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"
Geri qayıt |