Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > TƏBİB-in ləğvi Naxçıvandan başladı: Bütün Azərbaycan üzrə də LƏĞV OLUNACAQ...
TƏBİB-in ləğvi Naxçıvandan başladı: Bütün Azərbaycan üzrə də LƏĞV OLUNACAQ...2-05-2025, 10:31 |
![]() Dünən Naxçıvanda ilginc bir addım atıldı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. "DİA-AZ" xəbər verir ki, fərmanda deyilirdi: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin. 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilən tibb müəssisələrində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə: 2.1.1. yenidən təşkili və ləğvi; 2.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə: 2.2.1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi; 2.3. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə: 2.3.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; 2.3.2. idarəetmə orqanlarının yaradılması; 2.3.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; 2.3.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; 2.3.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; 2.3.6. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan müəssisələrlə bağlı müvafiq təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görsün; 3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin; 3.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin; 3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin; 3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla aşağıdakı məsələləri həll etsin: 4.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin nizamnamələrinin iki ay müddətində təsdiq edilməsi; 4.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin idarəetmə orqanlarının rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi. 5. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin”. Yəni göründüyü kimi, Naxçıvanda TƏBİB bir struktur olaraq rəsmən ləğv edilmiş oldu. Bəllidir ki, Naxçıvanda Azərbaycanın digər yerlərində olduğu kimi paytaxtdakı qurumların anoloji təşkilatları fəaliyyət göstərir. İndi isə belə çıxır ki, Naxçıvana əlahiddəlik tanınır və orada Azərbaycanın digər yerlərindən fərqli olaraq TƏBİB olmayacaq. Amma bu əslində belə deyil. Bu barədə "DİA-AZ"a danışan məlumatlı mənbə bildirir: "Əslində burada Naxçıvan ilk müjdəçi - qaranquş rolunu oynayır. Yəni TƏBİB Muxtar Respublikada olduğu kimi, Azərbaycanın digər yerlərində də ləğv olunacaq. Artıq belə bir qərar verilib..." Geri qayıt |