Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər...
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər...29-04-2025, 11:53 |
![]() SOCAR AQŞ-də hələ də işçilərin maaşları verilməyib. "DİA-AZ" xəbər verir ki, bu barədə işçilərin müraciəti əsasında həyəcan təbili çalan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını belə görəvə dəvət edir, tədbir görməyə səsləyir. "SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev!" deyə xitab edən M.Qəhrəmanlı daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinə istinad edərək bildirir: "ARƏM maddə 310.-da yazılıb ki, rəhbər işçilər, bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. İşçi bildirir ki, aprel ayının sonudur, SOCAR AQŞ hələ də onların mart ayının əmək haqqısını ödəməyib. Bu halda qurum ARƏM Maddə 178. 1. əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir. SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85% Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə, eləcə də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək və ya sahədə qərarlar qəbul etmək aşağıdakı qurumlar tərəfindən həyata keçirilir; - Səlahiyyətləri daxilində prokurorluq orqanları. - Dövlət Əmək Müfəttişliyi Xidməti - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi..." Məsələ diqqətimizdədir... Geri qayıt |