Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Biz heyvan deyilik, ən azı normal çörək yeməliyik..."
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Biz heyvan deyilik, ən azı normal çörək yeməliyik..."

"Biz heyvan deyilik, ən azı normal çörək yeməliyik..."


31-03-2025, 09:33
"Biz heyvan deyilik, ən azı normal çörək yeməliyik..."
Şərur rayonunda çörəyin qiyməti Bakıya nisbətən baha, keyfiyyəti isə xeyli aşağıdır. Sakinlər bildirirlər ki, özəl sexlərdə hazırlanan çörəklərin çəkisi 250-300 qramdır, qiyməti isə 40 qəpikdir. Halbuki Bakıda 600 qramlıq çörək cəmi 65 qəpiyə satılır. Aşağı növ undan hazırlanmış bu çörəklər yaxşı bişmədiyi üçün yarısı itkiyə gedir və toyuq-cücəyə verilir.
Sakinlərdən Səlim Seyidov "Gündəlik Naxçıvan"a bildirir ki, yaxşı çörək tapmaq üçün Naxçıvan şəhərindən zavod çörəyinin gəlməsini gözləyirlər:
"Həm çəkidə aldadırlar, həm də keyfiyyətdə. Zavod çörəyi nisbətən yaxşıdır, amma hər zaman tapılmır. Məcbur qalıb özəl sexlərdən alırıq, amma bişməyib, xəstəlik mənbəyidir. Böyük ailəm var, gündə 4-5 çörək alıram. Yaxşı çörək almaq istəsəm, cəmi 2 çörək alaram, bu da tələbatımızı ödəmir. Biz heyvan deyilik, ən azı normal çörək yeməliyik."
Başqa bir sakin Kazım Qurbanov isə bu işdə monopolistlərin əlinin olduğunu deyir:
"Ötən illə müqayisədə ərzaq mallarının qiymətləri xeyli artıb. Kasıbın ümidi çörəyə qalıb, amma çörəyin də keyfiyyəti bərbaddır. Aldığımız çörəyin yarısı itkiyə gedir. Normal çörək almaq üçün isə büdcəmiz imkan vermir. Bu yaxınlarda AQTA çörək sexlərində ciddi nöqsanlar aşkarlamışdı, amma heç nə dəyişmədi. Rəqabət də yoxdur, hamısı un monopolistlərinin əlindədir. Camaata ucuz və keyfiyyətsiz mallarını baha qiymətə sırımaqla varlanırlar."
Sakinlər aidiyyəti qurumları ciddi tədbirlər görməyə və istehlakçı hüquqlarının qorunmasını təmin etməyə çağırırlar.

Geri qayıt