Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Elşad Həsənov Yasamalı SƏHRAYA ÇEVİRİR
Elşad Həsənov Yasamalı SƏHRAYA ÇEVİRİR27-03-2025, 01:32 |
![]() Bakı şəhərinin Şərifzadə küçəsi, İTV-nin binasının arxasında yerləşən Azon zavodunun ərazisində artıq 11 aydır ki, ağaclar qanunsuz olaraq kəsilir. Bu barədə Gununsesi.info -ya ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat veriblər. Faktlarla bağlı sübut kimi video və fotolar təqdim edən sakinlərin dediklərinə görə, həmin ərazidə ağacların kəsilməsinə tikinti şirkəti başlayıb və məqsəd burada yeni yaşayış binalarının inşa edilməsidir. Mövcud vəziyyətdən narahat olan sakinlər bildiriblər ki, bu müddət ərzində ərazidə çox sayda ağac məhv edilib. Sakinlər, ağacların kəsilməsinin ətraf mühiti ciddi şəkildə zədələdiyini və bu addımın yalnız tikinti məqsədi daşıdığını qeyd edirlər. Qeyd edək ki, məsələ ilə bağlı qeyri-iş günü olduğundan, aidiyyəti qurumların mövqeyini öyrənə bilmədik. Geri qayıt |