Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvanda KƏLLƏ-MAYALLAQ STATİSTİKA: Rəsmən hər şey gözəldir...
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda KƏLLƏ-MAYALLAQ STATİSTİKA: Rəsmən hər şey gözəldir...

Naxçıvanda KƏLLƏ-MAYALLAQ STATİSTİKA: Rəsmən hər şey gözəldir...


14-03-2025, 10:34
Naxçıvanda KƏLLƏ-MAYALLAQ STATİSTİKA: Rəsmən hər şey gözəldir...
Möhtərəm və möhtəşəm Fuad Nəcəfli Naxçıvana rəhbər təyin olunanda Muxtar Respublikanın ağ günə çıxacağını düşünənlər var idisə indi artıq belə bir sadəlövhü tampaq mümkün deyil... imkansızdır. Artıq hər kəs yaxşı başa düşür ki, Fuad Nəcəfli Vasif Talıbovun on illər ərzində Naxçıvan camaatın etdiyi zülmü bitirməyə yox, yeni mərhələyə keçirməyə gəlibmiş. Belə də var... Ona görə də Naxçıvanda sakinlər heç nəyin yaxşıya doğru dəyişmədiyiu qənaətindədir.

"DİA-AZ" bildirir ki, amma Fuad Nəcəfli bunun əvəzində "yuxarılara" yalan-palan hesabatlar verərək gözə kül üfürməklə məşğuldur. Sanki sakinlər hər şeydən razı imiş. Reallıq isə tam əksinədir. Reallıqdan uzaq statistik rəqəmlərə inansaq, bu gün MR-da sakinlər güllük-gülüstanlıqda kef çəkir.

Məsələn, Yerli Sahibkarlığın İnkişafı Fondu bildirir ki, 2024-cü ilin ilk iki ayı Naxçıvanda 8 layihəyə dövlət dəstəyi çərçivəsində maliyyə ayrılıb. Bu layihələrə ümumilikdə 240 min manat vəsait sərf edilib.

Verilən kreditlərin 66,7 faizi kənd təsərrüfatına, 33,3 faizi isə xidmət sektoruna yönəldilib. Bundan əlavə, 1,5 milyon manat güzəştli kredit geri qaytarılıb.

Amma reallıq tamam fərqlidir. Naxçıvanın kiçik sahibkarları isə bildirilər ki, tələb olunan „şapka“ yuxarı olduğundan kredit ala bilmirlər. Bu zaman ortaya bir sual çıxır: Görəsən, ayrılan vəsait kimlərə çatıb?

Təbii ki, Fuad Nəcəflinin yaxın çevrəsinə...

Başqa bir acınacaqlı fakt isə ondan ibarətdir ki, Vasif Talıbovun dövründə Naxçıvandan qaçaq düşən sahibkarlar Fuad Nəcəflinin gəlişinin yaxşı nələrəsə səbəb olacağına ümid edərək geri döndülər və hətta MR-da ayrı-ayrı sahələrə yatırım da etdilər ki, indi onların əksəriyyəti müflis duruma salınıb. Yəni uzun illər Vasif Talıbovun əlindən qurtulanlar insi Fuad Nəcəflinin zülmündən dad deyir...

Maləsəf ki, bütün bunlar kağız üzərində rəsmiləşəsə də... REAL FAKTLARDIR!

Geri qayıt