Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > SOCAR-da növbəti ixtisarlar üçün YENİ İMTAHAN ŞOULARI...
SOCAR-da növbəti ixtisarlar üçün YENİ İMTAHAN ŞOULARI...13-03-2025, 09:28 |
![]() Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə ölkə qanunvericiliyinə zidd olan imtahanlar vasitəsilə işçilərin sayını azaltmağa cəhd edən işəgötürənlər üçün marifləndirmə və yadasalma!" qeydi ilə NHMT-nin hüquqşünası Azər Quliyevin mövcud qanunvericiliyə söykənən izahatını xüsusi şəkildə Dövlət Neft Şirkətinin rəhbərliyinə ünvanlayıb. "DİA-AZ" həmin qanundan çıxarışı təqdim edir: "İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə tutduğu vəzifəyə (peşəyə) uyğun olması yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar illik qiymətləndirmə əsasında müəyyən edilə bilər. Əmək münasibətləri dövründə işçilərin peşəkarlığının digər vasitələrlə, o cümlədən:hər hansı bir imtahan, test, müsahibə və sair vasitələrlə müəyyən edilməsi, bu əsaslarla işdə saxlanılması, başqa işə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır..." Qeyd edək ki, SOCAR strukturlarında növbəti İXTİSAR SİYASƏTİ üçün qanunsuz "imtahan və müsahibələr"in keçirilməsi daha da intensiv xarakter alıb və dünən bu barədə həyəcan təbili çalan M.Qəhrəmanlı qurumun rəhbərliyinə xitab edərək Qarabağ Qazisinə qarşı belə bu qanunsuzluğum baş verdiyini, sözügedən prosesin mütləq durdurulmalı olduğunu bildirib. YAZISI BURADA: Mirvari Qəhrəmanlı SOCAR rəhbərliyinə XƏBƏRDARLIQ ETDİ - Qarabağ Qazisinə qarşı qanunsuzluq... "DİA-AZ" bildirir ki, bu olayı böyük narahatçılıqla qarşılayan sıravi SOCAR əməkdaşları da etirazlarını ifadə ediblər. NHMT-nin səhifəsində yer alan həmin etirazlardan bəzilərini təqdim edirik: *** ✅ Ramin Memmedov: Bu qədər əziyyət çəkməyə nə ruzum varki birbaşa çıxarda bilmirlər ??? Vaxtilə imtahan etmədən işə qəbul olunanları 15 - 20 il işləyənləri imtahan deyildə kurs təşkil edib bilik və bacarıqlarını artırmağa köməklik göstərsinlər əgər bacara bilirlərsə. ✅ Fəxri Qurbanlı: Mən 2002-ci ildən bu günə kimi eyni vəzifədə işləyirəm. Bu müddətdə 3 dəfə attestasiya olunmuşam, bir dəfə dərəcəmin artırılması üçün uğurla imtahan vermişəm. Əmək məcəlləsinin tələbi pozularaq mənə növbəti dərəcə verilməyib. Daha bir attestasiyada iştirak etmək fikrim yoxdur. ✅ Vusal Nadirov: Görəsən bu SOCAR-ın "başbilənlərini" və ya idarələrin rəhbərlərini nə vaxt attestasiyaya salib imtahan edəcəkələr?... *** Məsələ diqqətimizdədir... Geri qayıt |