Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Niyə görə məni pensiyaya çıxarmırlar?"
"Niyə görə məni pensiyaya çıxarmırlar?"Bu gün, 10:41 |
“2017-ci ildə mədəmdən əməliyyat olunmuşam. Mədəmdə yırtıq var idi. Əlimdə epikriz də var. Sumqayıtda qeydiyyatda olduğum 2 nömrəli poliklinikaya müraciət etdim. Dedilər ki, dövlət mədədən pensiyaya çıxmağı yığışdırıb. Sosial Müdafiə Fondunun qaynar xəttinə də yığıb maraqlandım. Onlar da dedilər ki, mədə problemi ilə pensiyaya çıxmaq mümkün deyil” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Vaqif Həsənov bildirib. O daha sonra əlavə edib: “Səbəb olaraq onu bildirdilər ki, kök qadınlar da mədələrini kəsdirirlər, buna görə də mədədən pensiyaya çıxmağı dayandırıblar. Dedim ki, onlar görünüş üçün mədələrini kəsdirir, məndə isə problem var idi deyə əməliyyat olundum. Mənə ağır iş olmaz. Özünüz bilirsiniz ki, mədə əməliyyatı nə deməkdir?! 39 yaşım var. Ətrafımda yüngül mədə problemi ilə pensiyaya çıxanlar var. Niyə görə məni pensiyaya çıxarmırlar? 2017-ci ildə əməliyyat olunmuşam, hələ də pensiyaya çıxa bilmirəm” deyə şikayətçi əlavə edib. Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, şikayətçi öz hüquqlarını bilməlidir: “Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat və fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin xəstəliyi nəticəsində üçüncü dərəcəli əlilliyə görə 31-60 faiz, ikinci dərəcə əlilliyə görə 61-80 faiz, birinci dərəcə əlilliyə görə isə 81-100 əgər sağlamlığa ziyan dəyibsə bu hallarda uəlillik müəyyən edilir. Belə olan halda şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Oranın Tibbi Sosial Ekspertiza müayinəsi var. Həmin müayinədən keçməklə vətəndaş xəstəliklər siyahısına düşürsə, əlilliyi varsa o halda ona pensiya təyin edilə bilər. Əgər şikayətçi haqsızlıqla qarşılandığını düşünürsə xəstəliyinə dair sənədləri yığaraq məhkəməyə müraciət edərək öz pozulmuş hüquqlarını bərpa edə bilər. Belə olan halda inzibati məhkəməyə müraciət etməklə əlilliyinin təyin edilməsi məsələsinə diqqət çəkə bilər” deyə hüquqşünas bildirib. P.S. Mövzunu davam etdirəcəyik.. Geri qayıt |