Əsas Səhifə > Şou-biznes > Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."

Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."


5-05-2015, 08:50
Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."
DİA.AZ teleaparıcı Nərmin Əlisoyun Milli.Az-a müsahibəsini təqdim edir:

- Nərmin xanım, əvvəllər təkcə ATV-də hava haqqında məlumatı təqdim edirdiniz. İndi isə işiniz artıb, “Dəyişirəm” verilişinin də aparıcılığını edirsiniz. Niyə məhz “dəyişirəm” verilişini seçdiniz?

- Düzdür, ATV mənim üçün doğma telekanaldır. Hələ də hava haqqında proqnozu təqdim edənlərdən biri də mənəm. Ancaq dəyişiklik olsun deyə eyni vaxtda “Dəyişirəm” verilişinin də aparıcılığını etmək qərarına gəldim. O ki qaldı niyə məhz bu veriliş, çünki mən həyatımı dəyişməyi sevirəm (gülür).

- Məsələn, son iki il ərzində nələri dəyişdirmisiniz?

- Çox şeyi. Çox böyümüşəm son iki il ərzində.

- Hava proqnozu demişkən, “havalar” necədir?

- Hələ ki, sakitlikdir. Mənim üçün havalar əla keçir.

- Paxıllığınızı çəkənlər, yaxud da sizə qarşı mərdiməzarlıq etmək istəyənlər çoxdur?

- Elə insanlar kifayət qədər var. Onlar zəli kimidirlər, yapışdılarsa, qopmaq bilmirlər.

- Onlara qarşı necə mübarizə aparırsınız bəs?

- Əhəmiyyət verməməklə. Boş verirəm.

- Elə o vaxtdan bəri subaylıqdır?

- Subaylıq olmağına subaylıqdır. Hər şeyin öz vaxtı var.

- Sevmirsiniz?

- Həyatımda biri var. Fikrimiz ciddidir. Görək, inşallah, alınsa, onunla ailə quracağam.

- Yenə idmanla məşğul olursunuz?

- Bir müddət ara vermişdim. Amma bu yaxınlarda yenidən idmana başlamaq fikrindəyəm. Çünki baxımlı olmaq üçün idmanın da kifayət qədər təsiri var.

- Bu baxımdan siz özünüzü cazibədar hesab edirsiniz?

- Mən heç vaxt özümü cazibədar saymamışam. Şirinliyim, gözəlliyim var, lakin özümə cazibədar demirəm.

- Tam sərbəstsiniz, yoxsa qismən?

- Tam sərbəst insanam. Hər bir şeydə azadam.

- Geyim baxımından da kompleksiniz olmadığını bilirəm...

- Tamamilə doğrudur.

- Bunun bariz nümunəsi kimi bir müddət öncə nisbətən açıq libaslarda çəkdirdiyiniz şəkilləri göstərmək olar. Ən azından, həmin fotosessiyanı görənlər bu qənaətə gəlirlər...

- Sözün düzü, mən o libaslarda heç bir açıq-saçıqlıq görmürəm. Yayda palto geyinəsi deyildim ki. Mövsümə uyğun geyinmişdim. Mən o şəkilləri KİV üçün çəkdirməmişdim. Amma xəbər portallarında yayıldı, səs-küyə səbəb oldu. Yenə də deyirəm, mən o geyimlərə normal baxıram və kütlənin fikri mənin üçün önəmli deyil.

- Bundan sonra da elə cəsarətli şəkillər çəkdirmək fikriniz var? Ardı olacaq?..

- Mən istədiyim yerdə, istənilən formada şəkil çəkdirə bilərəm. Heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Amma o demək deyil ki, mən o şəkillərin KİV-də işıqlanmağına şərait yaratmalıyam. Nə edirəmsə, özüm üçün edirəm.

Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."
Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."
Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."
Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."
Teleaparıcı Nərmin Əlisoy: "Həyatımda biri var..."

Geri qayıt