Əsas Səhifə > Şou-biznes > Vidadi Bərdəlinin qızı pulsuzluqdan şikayətləndi:
Vidadi Bərdəlinin qızı pulsuzluqdan şikayətləndi:4-05-2015, 10:24 |
Mərhum ifaçı Vidadi Bərdəlinin qızı müğənni Aytac Vidadiqızı “Sevirəm” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni bəstənin söz və musiqisi özünə məxsusdur: “Gecə idi... Xəyallara dalmışdım... Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gəldi, yazdım. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, hər dinləyici bu mahnımda məni görə biləcək”. A.Vidadiqızı onu da əlavə etdi ki, pul tapsa, sözügedən mahnıya klip çəkdirməyi də düşünür: “Hər kəsi məni varlı müğənni adlandırır. Məni görəndə çoxu pul görür. Amma bu, belə deyil. Əgər pul tapsam, bu mahnıma da klip çəkdirəcəyəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim “Bezdim, gəlmə” adlı klipimin çəkilişinə xərclədim. Bu səbəbdən “Sevirəm” adlı mahnımın klip çəkilişi maddiyata bağlıdır”. Geri qayıt |