Əsas Səhifə > Şou-biznes > "Mənə hələ də maraqlıdır ki, bu köklükdə insan idman üzrə səfirdir"
"Mənə hələ də maraqlıdır ki, bu köklükdə insan idman üzrə səfirdir"1-05-2015, 10:38 |
Əməkdar artist Murad Dadaşov “Bakı 2015” Avropa Oyunlarından danışıb. Axşam.az-ın məlumatına görə, su idman növləri üzrə “ulduz elçi” seçilən şoumen “Gündəlik” verilişində vətəndaşlara müraciət edib: “Mənə hələ də maraqlıdır ki, bu köklükdə insan idman üzrə səfirdir. Bu işdə bacardığımı edəcəm. Böyük hadisəyə az vaxt qalıb. Buradan şəhər sakinlərinə müraciət edirəm. Bizim qonaqpərvərliyimiz hamıya məlumdur. İçimizdəki hörmət, mədəniyyət hisslərini bərpa edək. Əcnəbilər bizdə olan enerjini hiss etsin. Bu hadisə ilə biz həmişəlik tarixdə qalacağıq. Mənə "ulduz səfir" öhdəliyimə görə xüsusi nişan verilib. Bu önəmli hadisədə mən də yer aldığım üçün fəxr edirəm". Qeyd edək ki, birinci Avropa Oyunları 12 - 28 iyun tarixləri arasında keçiriləcək. Geri qayıt |