Əsas Səhifə > Şou-biznes > "Özümü səhnədən bu tezliklə məhrum etmək istəməzdim"

"Özümü səhnədən bu tezliklə məhrum etmək istəməzdim"


4-11-2014, 09:10
"Özümü səhnədən bu tezliklə məhrum etmək istəməzdim"
İllərdir şəkər və böyrək xəstəliklərindən əziyyət çəkən tanınmış aktrisa, əməkdar artist Gülnar Salmanovanın səhhətində irəliləyiş var. Aktrisa bu haqda Milli.Az-a danışıb:

“Bir ara daha pis olmuşdum, gəzməyə belə çətinlik çəkirdim. Tez-tez özümdən gedirdim. Etdiyim iynə-dərmanlar da xeyir vermirdi. Allaha şükür olsun, ayağa durdum. Əvvəlkinə nisbətən özümü gümrah hiss edirəm. Vaxtı-vaxtında həftədə 3 dəfə dializə gedirəm. Sənət yoldaşlarım gəlirlər, nə lazımdırsa, mənə köməklik edirlər. Gələ bilmədikdə isə tez-tez mənimlə əlaqə saxlayırlar. Mən sizə də təşəkkür edirəm ki, zəng edib maraqlanırsız. Amma özümü səhnədən bu tezliklə məhrum etmək istəməzdim. İnşallah, sağalıb yenidən teatra qayıtmaq istəyirəm”.

Geri qayıt