Əsas Səhifə > Şou-biznes > “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...”
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...”Bu gün, 10:11 |
|
“Səhnə üçün, tamaşaçılarım üçün çox darıxmışam. Çox istəyirəm ki, səhnəyə çıxım amma hələ ki, özümdə o gücü görmürəm. O gün teatra gedib müqavilə bağladım ki, maaşımı kəsməsinlər. Çünki xərclərim çoxdur, maaşım kəsilsə çatdırmaram. Teatrda yaşlı sənətçilərlə 1 illik müqavilə bağlayırlar. İşə gedib gəldim, 2-3 gün çanağımın ağrısından öldüm. Uşaqları, iş yoldaşlarımı gördüm, sevindim, az da olsa dərdim yadımdan çıxdı. Bütün sənət yoldaşlarım gəlib mənimlə görüşdü. Ora mənim üçün doğma yerdir. Səhnəyə əsa ilə çıxa bilmərəm. Əsamı əlimdən yerə qoyaram yıxılıb bir az da ayağımı sındıraram”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib.
O daha sonra əlavə edib:
“Hələ ki, əl ağacı ilə gəzirəm. Hardan ağlıma gələrdi ki, çanaq sümüyümdə metastaz ola bilər?! Kimya terapiyadan imtina etdim. Çünki bədənim götürmədi. Biri huşumu apardı, digəri bədənimdə yara saldı. Sonuncu kimya terapiya ümumiyyətlə məni pis günə qoydu. Tamaşaçılardan xahiş edirəm ki, mənim üçün dualarını əskik etməsinlər. Sağalım, tezliklə ayağa qalxım. Ağrılardan bezmişəm. Gecələr ağrılar artır və yata bilmirəm. Nə uzana, nə də ki, otura bilirəm”.
Geri qayıt |