Əsas Səhifə > Şou-biznes > "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.."

"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.."


Bu gün, 04:08

Gənc televiziya işçisi Murad Əzimzadə tanınmış teleaparıcı Elgiz Əkbərin "Youtube" layihəsi və ənənəvi Televiziya yayımı haqqında maraqlı fikirlər səsləndirib. "DİA-AZ" xəbər verir ki, bu barədə o öz açıqlamasında qeyd edib.
Açıqlamada bildirilir: "Aparıcı Elgiz Əkbər "youtube"da proqram açıb. İki gündür fikir verirəm təkcə "youtube"da 20 mindən çox insan birbaşa yayımda Elgizi izləyir! Hələ "tiktok" və "instagram"dakı baxış sayını demirəm. Sponsorlar, həkim qonaqlar və.s isə maşallah "en qədər"..! 
Bu gün hansı ənənəvi yayımçılıq edən TV sinəsinə vurub deyə bilər ki, mənə eyni anda 20 mindən çox insan baxır?! Bu gün sponsorları "tv"lərə cəlb edə bilirikmi? Reklam bazarında "tv"nin tutduğu pay günü-gündən azalmırmı?

Cavab hər birimizə bəllidir! "Tv"lərin, ələlxüsus da özəl "tv"lərin aqibəti necə olacaq? Çıxış yolu nədir, nədədir? İnternetə inteqrasiya! Ənənəvilikdən kreativliyə keçid, sürətli xəbərçilik, dinamikadan qaçmamaq, əksinə yeniliklərin üzərinə getmək!

Müasir ekran həlli bunu tələb edir! Ənənəvi yayımçılığı digitala daşıya bilənlər sabah var olacaqlar! Belə olan halda vəziyyət dəyişməzsə "tv"lərin bugünkü çətinliyi, sabahın "tv" müəmmasına çevriləcək!
Və Elgiz bilirsizmi hamımıza nəyi göstərdi? Kütləsi olan aparıcıya "tv" lazım deyil, "tv"lərə kütləsi olan aparıcılar lazımdır, reytinq və sponsor üçün!"


Geri qayıt