Əsas Səhifə > Şou-biznes > "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..."
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..."Bu gün, 05:39 |
|
"Bəzən insan işdə, münasibətlərdə, kiməsə lazım olduğunu və sevildiyini hiss etmək üçün özünü həddindən artıq yorur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əlindən gələnin də artığını edir ki, heç olmasa kimsə ona desin:
“Sən mənim üçün önəmlisən. Sənə ehtiyacım var. Sən yaxşı insansan”.
Halbuki onun da istədiyi sadəcə kiminsə ona qayğı göstərməsi, onu düşünüb sevgisini hiss etdirməsidir. Həmişə başqalarına dəstək olan tərəf olmaq yox.
Əgər sən də belə edirsənsə, bir az dayan.
Sevgiyə layiq olduğunu sübut etmək üçün artıq kifayət qədər şey etmisən.
Hər zaman özünü yormağa məcbur deyilsən. Sadəcə özün kimi yaşamağa haqqın var. Özünə qayğı göstərməyi və özünü sevməyi yavaş-yavaş öyrənə bilərsən.
Yaşadığını hiss etmək üçün özünə əziyyət verməli deyilsən. Sən sadəcə var olduğun üçün sevgiyə və qayğıya layiqsən.
Dincəlməyə, sevilməyə, qayğı və dəstək görməyə haqqın var.
Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən.
Özünə deyə bilərsən:
“Mənim də hiss etməyə, ağlamağa, kömək istəməyə və bəzən zəif olmağa haqqım var”.
Sənin daxilində hələ də uşaq vaxtı sevgi və qayğı gözləyən bir tərəfin var. Onun əziyyətə yox, anlayışa və sevgiyə ehtiyacı var.
Əgər o vaxt bunu sənə heç kim verməyibsə, indi sən özün özünə verə bilərsən..."
Geri qayıt |