Əsas Səhifə > Şou-biznes > Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı

Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı


Bu gün, 06:38

"Bizimkilər Roza Zərgərlinin ölkə xaricindəki uğurlarına biganə yanaşdıqca o, daha da çox uğur qazanır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və digər yüksək səviyyəli qonaqların qatıldığı bu mərasimdə 20-yə yaxın ölkənin liderləri iştirak edib. Amma gördüyüm qədərilə, saytlarımızdan yalnız bəziləri onun çıxışı barədə xəbər yayıb.
Başa düşə bilmirəm, necə olur ki, TikTok-da məşhurlaşan, cəmiyyətə, dövlətə heç bir xeyri dəyməyən insanları təbliğ edirlər, amma Azərbaycan musiqisini ölkə sərhədlərindən kənarda sevdirə bilən bir sənətçinin uğurlarını eyni həvəslə işıqlandırmırlar? Səbəb nədir?"

Geri qayıt