Əsas Səhifə > Şou-biznes > "Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm"

"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm"


Bu gün, 11:48

“Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir“.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməyə hazırlaşan sənətçi gözləntilərini bölüşüb.

“İstəyirəm ki, musiqim və ifalarımla sevənlərimə zövq verim. 17 oktyabrı səbirsizliklə gözləyirəm. Unudulmaz gün olacaq.

16 il əvvəl ilk solo konsertim olanda istəyirdim ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verim. Amma icazə vermədilər, dedilər ki, çox gəncəm, bunun üçün tezdir. Bu arzu ürəyimdə var idi. Böyüdüm, böyük konsert zallarında konsertlərim oldu. Bu gün artıq arzum həyata keçəcək” deyə Sevda bildirib.


Geri qayıt