Əsas Səhifə > Şou-biznes > “Fəxrəddin Manafov sədr olsun, Rasim Balayevdən sonra 200 manatımızı kəsdilər”

“Fəxrəddin Manafov sədr olsun, Rasim Balayevdən sonra 200 manatımızı kəsdilər”


Bu gün, 11:30

“Kinoittifaqdan zəng edib soruşdular ki, kimə səs verirsən, Əli İsa Cabbarova yoxsa Şəfiqə Məmmədovaya? Dedim ki, nə ona, nə də buna. Şəfiqə xanım gözəl aktrisadır, amma bir az yaşlıdır, Əli İsa Cabbarov cavandır, məlumatlıdır. Nisbət götürəndə Əli İsanın seçilməyini istərdim. Bir çoxunun Şəfiqə xanıma qarşı qara piarı mövcuddur. Deyirlər ki, guya qadınları sevmir, kobuddur. Mən ondan özümə qarşı heç bir mənfi addım görməmişəm. Mənə nə pislik etməyib, nə də yaxşılıq. Amma məncə kinoittifaqa ən layiqli namizəd Fəxrəddin Manafovdur. Ondan çox xoşum gəlir. Amma bilmirəm qəbul edər yoxsa yox?! Çünki o söz-söhbətdən, qalmaqallardan qaçan insandır. İnanmıram bu işə əl qoysun”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Rəna Səlimova deyib.

O daha sonra dolanışığından, övladlarından söz açıb. Aktrisa tək yaşadığını bildirib:

“Kinoittifaqdan mənə hər ay 200 manat pul verirdilər. Bunu rəhmətlik Rasim Balayev biz sənətçilərə ayırmışdı. O dünyasını dəyişəndən sonra pul da kəsildi. 8-9 aydır pul almırıq. Başqa qazanc yerim yoxdur. 430 manat pensiya alıram. Kinolara çəkilmişəm, amma qiymətləndirilməmişəm. Heç onların fikrini çəkmirəm. Kinolara çəkilmək, orada fəaliyyət göstərmək çətindir. Kino mənim həyatım idi. Çox sevirdim kinoya çəkilməyi. İki övladım var. Oğlum xaricdə yaşayır, qızım isə Bakıda. Hazırda yaşadığım evi oğluma vəsiyyət etmişəm. Yaşadığım evin xərcləri də çoxdur. Tək pensiya ilə dolanmaq çətindir” deyə o bildirib.


Geri qayıt