Əsas Səhifə > Şou-biznes > "Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.."

"Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.."


Bu gün, 05:27

" "Space" telekanalı Miri Yusifin konsertini verir. Adamlar fərqinə varmır ki BELƏ konsertləri efirdən verməzlər ki, qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur!.." "DİA-AZ" xəbər verir ki, bu ironik reaksiya tanınmış jurnalist Aydın Cana məxsusdur.
Jurnalist daha sonra özünün sosial şəbəkə hesabında belə davam edir: "Miri Yusifin bu konsertinə və belə oxumağına baxan əhli-Azərbaycan durub tökülüşəcək vağzallara, əlində də mikrofon, taksiyə oturan kimi də deyəcək sür xalq artisti adını almağa. 
Məndən demək idi - üç mahnı adıyla ifasına baxdım, üçünün birində bir şey olmadı ya toyuq büzdümünü yağlamağa, ya da yaralı barmağa ilkin tibbi yardım üçün aldehid adına yarasın.
Sənin xalq artisti titulun yansın,- Xanı demirəm hələ,- Seyid Şuşinski!.."


Geri qayıt