Əsas Səhifə > Şou-biznes > “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...”
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...”Bu gün, 10:23 |
|
“Yeni ulduz” layihəsinin yenidən başlanması ilə bağlı söhbətlər gəzir. Amma axıra qədər düşünülməyib ki, necə olacaq? Mən bilmirəm ki, bu dəfə nə fikirləşiblər? Mənə heç kim heç bir şey deməyib. Hələ ki, söhbətlər ayrı istiqamətlərdən gəlir. Hərhalda oturub fikirləşmək lazımdır. O vaxt Oqtay Əliyev formatı dəyişərək layihəni yenidən başlatmaq istəyirdi. Sonra elə oldu ki, dünyasını dəyişdi, yarım qaldı. Məncə də bir az formatı dəyişmək lazımdır. Sms ilə müğənni seçmək bir az çətin məsələdir. O vaxtı da yaxşı oxuyan uşaqlar sms səsverməsinə görə birinci turdan çıxırdılar. Onlara ürəyim ağrıyırdı”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib.
O daha sonra əlavə edib:
“Mənə elə gəlir ki, “Yeni ulduz” musiqi yarışması tamaşaçıların ürəyində yer tutub. Görün nə qədər uşaqlar o yarışmadan sonra peşəkar səhnəyə gəliblər?! İstedadlı olanları çox idi. Çoxu da “itib-batıb”, görünmürlər. Özümə də maraqlıdır ki, onlar haradadırlar?! O müsabiqənin gedişində həmin iştirakçılar böyük məktəb keçirlər. Nəyi etmək olar, nəyi etmək olmaz? Biz onlara nəzarət edirdik. Bəzən gənc ifaçı elə mahnı seçirdi ki, nə özünə, nə də səsinə uyğun deyildi. Biz bunu onlara qadağan edirdik. Hiss edirdim ki, o uşaqları istiqamətləndirsəm oxuya bilərlər. Müğənnilik, xanəndəlik sənətində bir nüans var. Beyindən birbaşa gəlir ürəyə, ürəkdən də tələffüzə gəlir. Bu üçbucaqda nəsə qırıldısa qırıldı. Buna ayrı bir istiqamət tapılmalıdır. Estrada musiqisi çoxlarına asan gələ bilər. Amma elə deyil. Bu sahədə fərqlənmək, sevilməz çətindir”.
Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun vəfatından sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.
Geri qayıt |