Əsas Səhifə > Şou-biznes > “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”

“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”


Bu gün, 09:23

“Biri mənim övladımın toyuna gəlməyibsə, mən də onun toyuna, xoş gününə getmirəm deyə bir təfəkkürüm yoxdur. Mən gedirəm. Fədayə Laçın mənim övladımın toyuna gəlməyibsə demək ki, imkanı olmayıb. Qadın xeylağıdır da. Əslində qalanda isə Fədayə o toyda olmalı idi. Çünki Bakının bütün məşhur sənətkarları, musiqiçiləri orada idi. Fədayə də mənim tələbəm olaraq o toyda iştirak etməli idi. Mən ondan incimirəm. Amma Fədayə məni ad gününə çağırmayıb. Çağırsaydı ona görə Moskvaya da gedərdim. Fədayə yenə də mənim üçün əzizdir, həmin adamdır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu bildirib.
O daha sonra əlavə edib:
“15 gün Qarabağ zonasında istirahət etdim. Bilirsiniz ki, artıq Məhərrəm ayı qurtarıb, toylar başlayıb. Ona görə də qayıdıb Bakıya gəldim. Mən toy məktəbini dünya konsertlərinə dəyişmərəm. Niyə görə? Çünki dünya konsertləri şoudur. Orada canlı ifa yoxdur. Əsas parıldayan geyimlərdir, bir də şou göstərirlər. Amma bizim toy məktəbimizdə canlı ifalar var. Müğənnilər gəlib toylarda yarışır, bir-biri ilə rəqabət aparır. Məni xalq dolandırır. Dəvətlər alıram, canlı oxuyuram və sevgi görürəm. Bu mənim üçün dünya səhnəsindən də üstündür. Konsert verməyə məndə nə maddiyat var, nə də sponsor. Bunlar dəstəksiz mümkün deyil. Bizim konsertimiz də elə toy səhnəsidir. Bu ləzzəti toylardan alıram”.
Qeyd edək ki, Fədayə Laçın ötən gün 50 illik yubileyini təntənəli qeyd edib. O sənət dostu Tacir Şahmalıoğlunun ad günündə iştirak etməmə səbəbini belə açıqlayıb:
“Tacir məni oğlunun toyuna dəvət etdi. Rusiyada toyum olduğu üçün gedə bilmədim. Ona görə də utandım onu dəvət etməyə. Bilirdim, çağırsam gələr. Amma dəvət etmədim”.

Geri qayıt