Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDIBu gün, 11:54 |
|
"DİA-AZ" xəbər verir ki, super ulduzun möhtəşəm taxtı ilə bağlı maraqlı detallar üzə çıxıb. Belə ki, qeyri-adi səhnə dekorasiyasının ideyası məhz Dilarə Kazımovaya məxsus olub. Peşəkar “Termo Aqlay” (MFN) şirkəti tərəfindən xüsusi materiallardan hazırlanan nəhəng taxtın ərsəyə gəlməsi təxminən bir ay vaxt aparıb. Dilarə Kazımova bu xüsusi dekorasiya üçün səhnə ilə tam vəhdət təşkil edən, səs-küy yaradacaq xoreoqrafik performans da hazırlayıb. Müğənni “NERO” şou-baletinin müşayiəti ilə nümayiş etdirdiyi çıxışda həm səhnə obrazı, həm də “Canavar taxtı” ilə festivalın ən yaddaqalan anlarından birinə imza atıb. Geri qayıt |