Əsas Səhifə > Şou-biznes > “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?”
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?”Bu gün, 10:04 |
|
“Bugünki müğənnilərin əksəriyyətinin prodüseri var. Mənim onları rişxənd etməyə ixtiyarım da yoxdur. Yəqin zəng edənləri çoxdur, vaxtları yoxdur telefonu götürməyə. Mən axı bekaram. Ümumiyyətlə fəaliyyət göstərdiyim illərdə də prodüserim olmayıb. O vaxt mobil telefon yox idi. Həm də telefon nömrələrini heç kimə vermirdim. İndi məni axtarıb tapmağa nə var ki? O dövrlə bu dövr arasında böyük fərq var”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Akif İslamzadə deyib.
Sənətkar daha sonra bildirib ki, gününün yarısını nəvəsi ilə birlikdə keçirir:
“Nəvəmin adı Mədinədir. Əksər hallarda vaxtımı onunla keçirirəm. Səhhətimlə bağlı olaraq oğlumla bir yerdə qalıram. Dava-dərman qəbul edirəm, bir az nasazam. Mədinə 6 aylıqdır. Vaxt olanda baba-nəvə oynayırıq”.
Akif İslamzadə anasının Ağdamda torpaq sahəsinin olduğunu da bildirib:
“Sara xanım ata tərəfdən Abdal Gülablıdan, ana tərəfdən isə Bakıdan idi. Ləhçəsi də, yemək bişirməyi də əsl bakılı xanımlara xas idi. Pirşağıda bağımız var idi. Bir dəfə anam dedi ki, əmimə orada torpaq təklif ediblər, ya torpaq götürüb. Vallah, dəqiq bilmirəm. Bütün sənədlər kiçik qardaşımdadır. Amma mən hələ də Ağdama getməmişəm”.
Geri qayıt |