Əsas Səhifə > Şou-biznes > “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...”
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...”Bu gün, 05:59 |
|
“Dünən Qəndab xanımın doğum günü idi... Səhhətimlə əlaqədar olaraq məzarını ziyarət edə bilməmişəm. Ayaqlarımda problemlər var. Amma övladları getmişdi. Onun tək xüsusi günlərdə yox, həmişə yad edirik. Sənətkar var ki, evdən gedir, sənətkar da var ki, eldən gedir. Qəndab xanım eldən gedən sənətkarlardan idi. Allah ona rəhmət etsin” Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar, Xalq artisti Qəndab Quliyevanın həyat yoldaşı Eldar Rufiyev deyib. O daha sonra əlavə edib: Eldar Rufiyev sənətkarın arzularından da danışıb: “Elə hey deyirdi ki, Füzuli işğaldan azad olunsun, gedib orada oxuyum, qurban kəsim. Sözünün əvvəli də Füzuli idi, sonu da. Vətənini bu qədər çox sevən, ona qəlbən bağlı olan xanım sənətkar görmək çox çətindir. Qəndab xanım həmişə Füzulinin Alxanlı kəndinə qədər gedirdi, orada dayanıb ahu-zar edirdi.. Deyirdi ki, belə dərd olarmi adam öz vətəninə gedib-gələ bilmir?! Bu onun qəlbində dərin bir yara idi” deyə o bildirib. Həyat yoldaşı sənətkarın son günlərindən də danışıb: “Öz ayağı ilə xəstəxanaya getdi. Ciddi bir xəstəliyi yox idi. Uzun illər idi ki, şəkərdən əziyyət çəkirdi. Ölümü də qəfil oldu. Heç vəsiyyət də edə bilmədi. Nə özü, nə də biz inanırdıq ki, onu bu tezliyində itirəcəyik. Qəndab xanım Füzulinin Dilağarda kəndindəndir. Övladları gedib oradan torpaq gətirib, məzarının üstünə səpiblər. Mənim ayaqlarım ağrıdığından hələ də gedə bilməmişəm. Qəndab xanımın ruhu bu gün şaddır ki, doğma Füzuli, Dilağarda kəndi azaddır” deyə o bildirib. Geri qayıt |