Əsas Səhifə > Şou-biznes > "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"

"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"


Bu gün, 12:01

Müğənni Aysel Teymurzadə uzun fasilədən sonra səhnəyə qayıtmasından və yaşadığı hisslərdən danışıb.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Xəzər axşamı" proqramında açıqlama verib. O, səhnəyə çıxarkən çox gözəl hisslər yaşadığını bildirib.

"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" deyə, Aysel qeyd edib.

Müğənni insanın daxili rahatlığının onun görünüşünə də təsir etdiyini vurğulayıb:

"Daxili rahatlıq insanı gözəl göstərir. İnsan özü özü ilə harmoniyada olmalıdır. Məni gözəl sayırlarsa, çox sağ olsunlar. Özünü sev, özünə inan, hər şey yaxşı olacaq".

Aysel öz xarakterindən də söz açaraq mərhəmətli, empatik və duyğulu insan olduğunu bildirib.


Geri qayıt