Əsas Səhifə > Şou-biznes > "Bəs hökumət nə düşünür, nə etmək istəyir?"

"Bəs hökumət nə düşünür, nə etmək istəyir?"


Bu gün, 07:37

"Mərkəzi Bank bu il Azərbaycanda iqtisadi artımın 0,5 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 % olacağını gözləyir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "May ayının proqnoz belə idi 2026-cı ildə ölkədə ümumi daxili məhsulun artımı (ÜDM) 1,1%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2% - yəni gözlənti pisləşib.
Mərkəzi Bank da dövlət orqanı olaraq ölkədə iqtisadi aktivliyin azaldığını görür, bilir ki, hökumətin iqtisadi problemlərə yanaşması iqtisadiyyatın çarxlarını yavaşladır - amma MB ın mandatına iqtisadi aktivliyi yüksəltmək daxil deyil, bu hökumətin işidir və MB diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?!."

Geri qayıt