Əsas Səhifə > Şou-biznes > Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı:

Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı:


Bu gün, 02:11

Əməkdar artist Ruhəngiz Musəvi bir vaxtların məşhur estrada müğənnisi Züleyxa Mirismayılovanın ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sənətçi açıqlamasında Z.Mirismayılovanın sağ olduğunu deyib.

R. Musəvi qeyd edib ki, illərdir Z. Mirismayılova ilə dostluq edir:

"Məndən əvvəl Flora Kərimova ilə dost olub. Paylaşıb yazırlar ki, dünyasını dəyişib. Bəziləri deyir ki, xaricə köçüb. Allah ona can sağlığı versin. Qınamıram yazanları, çünki görmürlər. Salamatdır, ailəsi ilədir. O, özü sənətdən uzaqlaşıb".

Moderator.az uzun illərdir səhnədən və sənətdən uzaqlaşan Züleyxa Mirismayılovadan müsahibə almağa müvəffəq olub. Saytımıza özəl açıqlamasında bağda dincəldiyini bildirən sənətkar yayılan şayələrdən xəbərsiz olduğunu deyib:

“Mənimlə bağlı yayılan xəbərlərə reaksiya verməyin. Hamısı yalandır. Biz hazırda bağdayıq, övladlarımız da yanımıza gəlib. Şükürlər olsun ki, sağ-salamatam. Bu şayələri kimlərin yaydığından da xəbərsizəm. Ya deyirlər ölüb, ya deyirlər harasa köçüb. Vallah heç nə olmayıb, heç yerə də getməmişəm. Mənim az yaşım yoxdur, yavaş-yavaş qocalıram” deyə o bildirib.

Züleyxa Mirismayılova efirlərə çıxmamağını belə izah edib:

“Biz əvvəllər gəlib efirdə oxuyurduq. İndi müğənnilər efirə ya danışmağa gəlirlər, ya da bir-birinin qeybətini etməyə. Dəfələrlə zəng edib məni efirlərə çağırıblar, müsahibə almaq istəyiblər. Mən imtina etmişəm. Demişəm ki, siz oturub danışırsız, biz sizə müğənni kimi lazım deyilik. Buna görə də istəmirəm” deyə o bildirib.


Geri qayıt