Əsas Səhifə > Şou-biznes > “Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram”

“Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram”


Bu gün, 12:27

“Mən Azərbaycanda yaşamıram. Efirlərlə 5 ildir ki, özüm qurtarmışam. O ki, qaldı mənə qadağa qoyulmasına.. Mənə aparıcılar deyiblər ki, nə vaxt gəlsən, gəl qonağımız ol. Bu sözü mənə birbaşa Aytəkin Mərdanova da deyib. Mənə “sən efirlərdə qadağadasan” deyilməyib” .
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib.
O daha sonra gələcəkdə ona efirlərdə qadağa qoyularsa, o kanallarla hüquq müstəvisində danışacağını bildirib:
“Mən hüququmu bilən adamam. Mənə qadağa qoyula da bilməz. Bütün yutub kanallarında onlar məndən çoxlu pul qazanıblar. Qadağa qoyarlarsa, müəllif hüququmla bütün kanalların yutubunu “vurub” məhv edərəm. Videolarımı sildirərəm. Kanalların hamısı gücdən düşər. Mən hüququmu bilən insanam. Bəzi müğənnilər var ki, savadsızdır, hüquqlarını bilmirlər. Amma hələ ki, kanallardan heç bir gileyim yoxdur. Mənə xəbər göndəriblər ki, niyə hay-küyə düşmüsən ki? Sənə yaşıl işıqdır. Onlar mənə dəymir, mən də onlara dəymirəm. Yox, nə vaxtsa mən Azərbaycana gələrəmsə, ürəyim efirə çıxmaq istəyərsə, qadağa ilə üzləşərəmsə onda mən həmin kanalın başına gör nə oyun açıram. Bircə Aztv və İctimai televiziyaya qarşı əks addım atmağa haqqım çatmır. Mənə aidiyyatı yoxdur ki, kanal kimindir, necədir? Mən Azərbaycan Respublikasının vətəndaşıyam və birbaşa hüququm var. Mənim müəllif hüququmu yutub səhifənə yükləyib sən pul qazanırsan. Düzdürmü?! 5 milyondan çox baxış yığan mahnılarım var. Əgər mən onlara lazım deyiləmsə mahnılarımı da, verilişlərimi də yutubdan silsinlər. Mahnılarım yutub kanallarında olan televiziya kanalları mənim çörəyimə şərikdirlər. Mən əziyyətlə mahnılar yazdırıb oxumuşam. Onlar da məni efirlərinə çağırıb həm reytinq qazanıblar, mənə görə onlara sponsorlar gəlib, həm də mahnılarımı yutublarında yerləşdirdiklərinə görə mənim yutubdakı baxış sayımı bölüblər. Baxış bölünməyi də pulun bölünməyidir. Bu kimi hallara göz yummuşam. Gör kim kimə qadağa qoya bilər?”.

Geri qayıt