Əsas Səhifə > Şou-biznes > "Bizdə başqa biznes yoxdur..."

"Bizdə başqa biznes yoxdur..."


Bu gün, 09:15

Uzun müddətdir efirdə görünməyən Əməkdar artist Səbinə Babayeva sənət fəaliyyətindəki fasilədən danışıb.

"Xəzər axşamı" verilişində qonaq olan sənətçi hər şeyə yenidən başladığını bildirib:

"Hər şeyi sıfırdan başlayıram. Bunun üçün enerjini toplamaq çox çətin idi. Bundan sonra tez-tez görünəcəyəm. Bəziləri elə bilir ki, hələ də Moskvada yaşayıram. Amma Rusiyadan artıq 2 ildən çoxdur ki, qayıtmışam".

S.Babayeva toy və şou-proqramlardan video paylaşmamasının səbəbini də açıqlayıb. O, bunu inkişafdan qalmaq kimi qiymətləndirdiyini bildirib:

"Mənə deyirlər ki, toydakı, şou-proqramdakı çıxışlarından niyə səhifəndə video paylaşmırsan? Çünki mən utanıram. Elə bilirəm ki, biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, şou-proqram, ad günü, korporativ - bunların hamısı olub-keçib. İnkişaf etmək lazımdır. Demək ki, inkişaf yoxdur. Bizdə başqa biznes yoxdur. Heydər Əliyev Fondunun təşkil etdiyi gözəl konsertlər var, orada çıxış etmək istəyirəm. Restorandan paylaşım etmək istəmirəm". (Axşam.az)


Geri qayıt