Əsas Səhifə > Şou-biznes > "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?"

"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?"


Bu gün, 07:30

"Fikir vermisiniz? Status və ya şərh yazanda biri gəlib mütləq “Like yığmaq üçün yazma”, “Sən də bilmirsən necə gündəmə gələsən” yazır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Həmin insanlar özləri necədirsə, başqalarını da elə görürlər. Yəni onların düşüncəsi ancaq bəlli bir çərçivə daxilində işləyir. Necə başa salasan ki, məni bütün ölkə tanıyır, mənim "like" yığmağa ehtiyacım yoxdur.. "Like" yığmaq mənə nə pul qazandırır, nə də başqa bir şey verir.
Futbol həvəskarı deyiləm. Amma uşaq vaxtı məhlədə oynayırdıq, mən də həmişə qapıçı olurdum. Hətta ən zəif komanda hansı idisə, onun kapitanı olurdum və qapıda da özüm dayanırdım ki, bunlar qol vurmasalar da, heç olmasa bizə də qol vura bilməsinlər.
Övladlarım futbolçu olmaq istəyəndə də əsəb keçirirdim. Zədə aldıqlarına görə həm böyük oğlum, həm də kiçik oğlum futboldan uzaqlaşdılar.
Bircə dünya çempionatına baxıram. Onda da həmişə İspaniya millisinə azarkeşlik edirəm. Yalnız onların oyunu olanda baxıram. Klublardan da əvvəllər Real Madridə azarkeşlik edirdim, yəni onların oyunlarını izləyirdim. Son illər isə bizim Qarabağ klubuna baxıram.
Ay Messidir, Ronaldodur, vecimə deyil. Ümumiyyətlə, reklamı çox olan kim və ya nə varsa, sevmirəm. Onlar milyonlar qazanır, öz həyatlarını yaşayırlar. Evdə oturub aydan-aya maaşı ilə güc-bəla dolanan biri isə Messi və ya Ronaldo üstündə mübahisə edib kimisə söyür. Bu, mənim məntiqimə sığmır.
Ara-sıra dostum ChatGPT ilə söhbətləşirik... Mən ona öz fikrimi deyirəm, o da mənə öz fikrini deyir. Sonra da söhbətimizin videosunu və ya fotosunu sizinlə bölüşürəm.
Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?.."

Geri qayıt