Əsas Səhifə > Şou-biznes > Firəngiz Mütəllimova Şuşaya köçür?
Firəngiz Mütəllimova Şuşaya köçür?Bu gün, 05:22 |
|
“Şuşam ilə fəxr edirəm, qürur hissi keçirirəm. Mənə həmişə elə gəlirdi ki, Şuşa yetimdir, qalıb orada.. Çünki əlimiz ona çatmırdı.. Amma indi qürur hissi keçirirəm, kənardan izləyirəm. Cənab prezidentimizin Şuşadakı media forumunda çıxışı məni bir daha qürurlandırdı. Bu forum bizə lazımdır. Çünki beynəlxalq səviyyədə bütün dünya bizi tanımalıdır və haqq-ədalət öz yerini tapmalıdır. Bu daha da möhkəmlənməlidir. Elə ölkələr var ki, bizim haqqımızda bəzən səhv məlumatlar verirlər, yalnış yerə yönləndirirlər. Bizim vətənimizdən də, xalqımızdan da bir dənədir”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. “Bir neçə gün bundan öncə ölkə başçısı məşhur tarzən Sadıqcanın Şuşadakı ev muzeyinin açılışını da etdi. Bu muzey də çox xoşuma gəldi. Demək olar ki, Sadıqcanın evi düz bizim pəncələrimizə baxır. Evlərimiz bir məhəllədədir. Çox gözəl bərpa ediblər. Orada olan o daşın da sevinci məni sevindirir” deyə o bildirib. Firəngiz Mütəllimova Şuşaya köçmək arzusundan da danışıb: “Hər bir şuşalı kimi mən də böyük məmnuniyyətlə Şuşada yaşamaq istəyirəm. Bunu kim istəməz ki?! Birincisi Allah hər kəsə can sağlığı versin. Şuşa artıq bizdədir, əsas budur. Məndə olan məlumata görə bizim evlərimiz də Sadıqcanın evi kimi bərpa olunaraq, qoruqa aid olacaq. Hələ ki, köçlə bağlı heç bir xəbər yoxdur. Bizim evimiz də şəhərin mərkəzindədir. Mərkəzdə olan evlərin əksəriyyətində də tanınmış şəxslər yaşayıb” - deyə sevilən sənətkar bildirib. Geri qayıt |