Əsas Səhifə > Şou-biznes > Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir...
Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir...Bu gün, 11:51 |
|
Kişilərin qadın obrazlarına girməsi köhnə komediya ənənəsidir. Tarixdə qadın rollarını kişilər oynayıb, çünki bəzi dövrlərdə qadınların səhnəyə çıxmasına icazə verilmirdi. Sonralar isə bu, komediya janrının bir elementi kimi qaldı. Amma bu gün vəziyyət fərqlidir. Artıq bu, tək-tək rast gəlinən səhnə üsulu deyil, sosial şəbəkələrin ən geniş yayılmış komediya formatlarından birinə çevrilib. Qadın obrazına girərək komediya ilə məşğul olduğuna özünü inandıran kişi bloqqerlərin və aktyorların sayı getdikcə artır. Söhbət transgender insanlardan getmir. Söhbət komediya məqsədilə qadın paltarı geyinən, qadın davranışlarını şişirdən və məhz bu obrazla məşhurlaşan kişilərdən gedir.
Burada maraqlı bir paradoks var. Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir. Amma sosial şəbəkədə eyni kişi bəzən ən böyük qazancı məhz qadın obrazına girərək əldə edir. Elə bil həyat ona pıçıldayır: kişi kimi qazandığından daha çoxunu qadın obrazında qazana bilərsən.
Məncə, son illər insanları güldürən əsas amillərdən biri qadın obrazının özü deyil, kişinin həmin obraza girməsidir. Tamaşaçı qadına yox, kişinin qadına çevrilməsinə gülür. Elə bil gülüşün mənbəyi məhz bu ziddiyyətdir.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"
Geri qayıt |