Əsas Səhifə > Şou-biznes > " Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur"

" Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur"


Bu gün, 07:54

"İnsan nə qədər ağıllı olduğunu danışdığı ilə yox, düşüncəsini nə qədər müşahidə edə bildiyi ilə göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Özünü analiz etmək, səhvini görmək, fikrini dəyişə bilmək və mən bu nəticəyə necə gəldim? sualını vermək “Metacognition” terminidir. Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur və tənqidi düşünmə, öyrənmə və qərarvermə ilə sıx əlaqəlidir.
İnsanın öz düşüncəsini müşahidə etməsi və idarə etməsi. Yəni - necə düşündüyünü düşünmək. Hansı mövzunu yaxşı bildiyini, hansını bilmədiyini fərq etmək. Problemi həll edərkən strategiyanı dəyişmək lazım olduğunu anlamaq. Öz səhvini analiz edib ondan öyrənmək..."

Geri qayıt