Əsas Səhifə > Şou-biznes > "Gərək sənətkarın enerjisi tükənməsin..."

"Gərək sənətkarın enerjisi tükənməsin..."


Bu gün, 06:32

"İnsanın yaşının üstünə yaş gəldikcə arzuları da böyüyür. Arzularımın ən böyüyü qızım Nigarla, doğmalarımla bağlıdır. Əlbəttə ki, sənətlə bağlı da planlarım və arzularım var. Sənətkar səhnədə olmalıdır. Tamaşaçılarını ifaları ilə qarşılamalıdır. Əsas can sağlığımız olsun. Məqsədim də klassik və estrada mahnılarını yaşatmaqdır"
Bunu Moderator.az-a açıqlamasında dünən doğum günü olan Xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra bildirib ki, hələ çox konsert vermək arzusundadır:
"Konsertlər çoxdur, yavaş-yavaş reallaşdırıram. Bilirsiniz ki, konsert vermək çox çətin işdir. Tamaşaçılar bunun pərdəarxasını görürlər. Gərək sənətkarın enerjisi tükənməsin. Bu çox məsuliyyətli bir işdir. Bir çox yerlərdə, ölkələrdə konsert proqramları ilə çıxış etmişəm. İnşAllah ki, doğma torpağımız, yurdumuz Ağdama da köçərik və hər il orada konsert proqramı ilə çıxış edərəm. Bundan sonrakı arzularımın hər biri Ağdamla bağlıdır" deyə sənətkar bildirib.

Geri qayıt