Əsas Səhifə > Şou-biznes > "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir..

"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir..


Bu gün, 06:18

Böyük Britaniya parlamentinin 50 deputatı mədəniyyət naziri Liza Nendiyə açıq məktub yazaraq "Maşa və Ayı" cizgi filminin striminq platformalarından yığışdırılmasını tələb edib.
"DİA-AZ" xəbər verir ki, altı partiyanı təmsil edən deputatların fikrincə, Maşanın bəzi hərəkətləri açıq-aşkar "təbliğat" xarakteri daşıyır. Onlar iki konkret epizodu tənqid edirlər: birində Maşa tankçı dəbilqəsi, digərində isə NKVD furajkasına bənzər papaq taxır. Parlamentarilər hesab edirlər ki, bu, azyaşlı uşaqlar arasında sovet hərbi simvollarının adiləşdirilməsinə xidmət edir.
Məktubda Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəylərinə də istinad olunub. Mərkəz iddia edir ki, "Maşa və Ayı" sadəcə cizgi filmi deyil, Rusiyanın "yumşaq güc" alətidir: "Maşanın hərəkətləri ilə digər xalqların adət-ənənələri lağa qoyulur, sovet rəmzləri və hərbi mövzular isə adiləşdirilir".

Geri qayıt