Əsas Səhifə > Şou-biznes > "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?"
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?"Bu gün, 01:19 |
|
"Bütün banklar SMS bildiriş xidmətinin aylıq ödənişini 3 AZN-ə qaldırandan sonra bu xidmət hər ay günlərlə işləmir. Amma hər ay 3 AZN heç gecikmədən hesabdan çıxılır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətini belə davam etdirir: "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik? Kartla ödəniş etdikdə və ya hesabdan pul çıxanda SMS gəlmirsə, bu xidmətin mənası nədir?
Müştəridən xidmət haqqı alırsınızsa, xidmət də fasiləsiz işləməlidir. Əks halda, işləməyən xidmətə görə hər ay ödəniş almaq nə dərəcədə ədalətlidir?"
Geri qayıt |