Əsas Səhifə > Şou-biznes > "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."

"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."


Bu gün, 07:55

"Cəbrayılda evimizin bağında gilas ağacı yox idi. Bizim bağa bitişik bağda isə gilas yetişirdi. Uşaq idim, gözüm qalırdı. Tamahım düşürdü, ağacın başına çıxıb 1-2 dəfə yeyib düşdüm. Üçüncü dəfə isə ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir. Ardını demir, amma bir daha o ağaca yaxınlaşmadım".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi doğma yurdunun hazırda viran qaldığını vurğulayaraq gileyini belə ifadə edib:

Kaş ki, o gilaslı, bağlı-bağatlı torpaqlarımıza, günlərimizə dönə biləydik. İndi gedirik, hamısı virandır, talan olunub. Evimizin divarlarından belə əsər-əlamət qalmayıb. Düşmənçiliyin də bir həddi var. Allah bizə bir də belə faciə ilə üzləşdirməsin".


Geri qayıt