Əsas Səhifə > Şou-biznes > “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova

“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova


Bu gün, 08:27

“Kadir İnanırın ölüm xəbəri mənə çox pis təsir etdi. Mən onu həqiqətən də çox istəyirdim. Gözəl ürəyi var idi, çox sadə və mehriban insan idi. Azərbaycanı, azərbaycanlıları çox sevirdi. Mən onunla Türkiyədə görüşdüm. Onunla çəkiliş arası oturub çay da içmişdim, söhbət də etmişdim. Uzun illər əlaqə saxlamışıq. Hətta birinci dəfə xəstələnəndə meneceri ilə də danışmışdım. Görüşəndə ona Alim Nəbioğlunun “Səndən doymadım, Şuşam” adlı kitabını hədiyyə etdim. Dedi ki, “gün o gün olsun ki, sənin vətənin Şuşa işğaldan azad olunsun, gedib orada çay içək. Bu ona qismət olmadı. Amma mən bu sevinci yaşadım, Şuşamı gördüm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.

Aktrisa daha sonra Kadir İnanırın onu seriala dəvət etdiyini bildirib:“Kadir İnanır bir seriala çəkilirdi. Oqtay Kaynarca və s. sənətçilər də orada idi. Rejissordan xahiş etdi ki, mənim üçün bir bölümlük rol yazsın. Sadəcə mən istəmədim.

Çünki çox utanırdım, sıxılırdım. Gözlərimə inanmırdı ki, onunla oturub çay içirəm. Orada seriala bir əcnəbi daxil olurdu. Kadir bəy deyirdi ki, “elə ondansa Azərbaycandan sən gəlib çəkilərdin də, serial daha maraqlı olardı”. İndi peşmanam, kaş çəkilərdim yadigar qalardı. Qismət olmadı. Çox zarafatcıl idi. Qardaşı oğlu Levent də yanımızda idi. Kadir İnanırla görüşmək mənim çoxdankı arzum idi. Həmişə deyirəm ki, ay Allah nə yaxşı ki, sən məni arzuma çatdırdın. Onunla həyatda da görüşdüm, dostluq münasibəti də saxladım. Mən beyin əməliyyatı olanda da Kadir İnanır çox pis olmuşdu. Allah elə etdi ki, özü də beyin xəstəliyi ilə əlaqəli rəhmətə getdi. Bütün sevənlərinə səbir diləyirəm. Bu həyat belədir. Bir gün gələn, bir gün gedir. Allah Kadir İnanıra rəhmət etsin” deyə sənətkar bildirib.


Qeyd edək ki, Kadir İnanır dünən 77 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Geri qayıt