Əsas Səhifə > Şou-biznes > Xalq artistində ağır xəstəlik aşkarlandı
Xalq artistində ağır xəstəlik aşkarlandıBu gün, 06:28 |
|
Xalq artisti, tanınmış aktyor və rejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. Moderator.az-a açıqlama verən sənətkar bildirib ki, həkimlər onda parkinson aşkarlayıb: “Oynaqlarımda ağrılar var. Uzun müddətdir keçib getmir. Həkimlər məndə parkinson aşkarlayıblar. Sağ əlimdə yüngül titrəmə əmələ gəlib. Hələ ki, yüngül formasıdır. Müalicə olunuram ki, ağırlaşmasın. Dava-dərman etməkdən yorulmuşam. Yaxşı həkimlər çox azdır. Baxırsan ki, adlı-sanlı həkimdir, gedib görüşürəm. Hamısı da deyir ki, “get analiz ver, mrt et”. Dediklərini edirəm, gətirib yığıram qabaqlarına. Xeyri də yoxdur. Vaxtım da gedir. Sonra deyir ki, get filan yerdən filan dərmanları al. Vəssalam. Dizlərimdə də ağrılar əmələ gəlib. Bu həm əsəbdən olur, həm də travmalardan. Mən “Yeddi oğul istərəm” filmində atdan yıxılmışdım, çox ciddi yaralanmışdım. İndi onun fəsadları üzə çıxır” deyə sənətkar bildirib. Qeyd edək ki, 82 yaşlı sənətkar səhhətində yaranan problemlərə görə yanvar ayında xəstəxanaya yerləşdirilmişdi. Geri qayıt |