|
Tanınmış tənqidçi-yazar Əsəd Cahangirin 60 yaşı tamam olur. "DİA-AZ" bu münasibətlə şair Elxan Zalın paylaşımını təqdim edir: "Əsəd Cahangirin 60 yaşı olur. İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır. O ədəbi ictimaiyyətdə daha çox tənqidçi və ədəbiyyatşünas kimi tanınır. Qələm sahibləri də daha çox Əsədin onlar haqqında yazmasına adət ediblər. Əsəd bugünkü ədəbiyyatımızın üzdə olan, qabarıq görünən simalarındandır. Mən neçə illərdir ki, onun fəaliyyətini müşahidə edirəm və ədəbi marafonda irəliləyişinin canlı şahidiyəm. O gördüyü işi çox bacarıqla görür, ortaya yaşadığı zamana uyğun ədəbi materiallar qoyur. Hesab edirəm ki, Əsəd hansı sahədə fəaliyyət göstərsə, orada uğur qazanardı. Yəqin ki, o özü də bunu bilir və buna görə yaradıcılığı çoxsahəlidir. Onun linqvistik poetika, dilçilik, ədəbi tənqid, esseistika, poeziya, musiqi, bədii və filoloji tərcümə sahələrində çalışmaları var. Dramları, romanları nəşr olunmağa başlasa təəccüblənmərəm, çünki əvvəllər də yazdığım kimi, istedadın janrı yıxdur. 60 yaşın mübarək Əsəd Cahangir! Sənə can sağlığı və uğurlar arzulayıram..."
Geri qayıt
|