Əsas Səhifə > Şou-biznes > “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”Bu gün, 10:33 |
|
“Hər kəsin öz musiqi zövqü, öz dinlədiyi mahnılar var. Qədir Rüstəmovu kimsə başa düşmürsə bu artıq onun öz problemidir! Kim nə yazır, nə deyir desin.. Qədir Rüstəmov elə Qədir Rüstəmov idi. Bəyənsələr də, bəyənməsələr də. Qədir Rüstəmov böyük sənətkardır. Oxuyub, izini qoyub, gedib indi də cənnətdə oxuyur. Ruhu şad olsun”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili, görkəmli sənətkar Qədir Rüstəmovun yaxın dostu Aqil Abbas deyib. O daha sonra sənətkarı ilk dəfə 7-ci sinifdə dinlədiyini bildirib: “Dağdaydıq, Turşsuda. O vaxt da əl radiolarına çox az adamda rast gəlinirdi. Hər adamda olmurdu. Spidola var idi. Yığışırdıq spidolanın başına, futbola qulaq asırdıq. Gördüm ki, 60-70 adam yığışıb Sarıbabanın yalına. Elə bildim yenə də futbol var. 7-ci sinifdə oxuyurdum. Getdim mən də ora. Dedilər ki, hamı yığışıb ki, Qədir Rüstəmov “Sona bülbülləri”-ni oxuyacaq. İlk dəfə Qədir Rüstəmovu orada dinlədim və onun səsi ilə tanış oldum. Təsəvvür etmirsiz, heç kim danışmırdı ki, bir-birinə mane olarlar. Qədir haqda 100-dən çox məqalə, bir neçə povest yazmışam” deyə Aqil Abbas bildirib. Aqil Abbas deyir ki, Qədir Rüstəmovla bağlı bəzi arzuları yarım qalıb: “Özümü çox pis hiss edirəm ki, Qədir kimi adamlar tez dünyadan köçür və onlardan zamanında istifadə etmirlər. Qədir Rüstəmovun daha çox mahnılarını, muğamlarını yazdıra bilərdilər. Hətta ürəyimdən keçirdi ki, radio üçün Qədir Rüstəmov Məcnun olsun. O aktyor deyildi, səhnəyə çıxıb oynaya bilməzdi, amma oxuya bilərdi. Təəssüf hissidir ki, Qədir bir də doğulmayacaq” deyə o bildirib. Geri qayıt |