Əsas Səhifə > Şou-biznes > "Bu nə ədalətsiz dünyadır belə?"
"Bu nə ədalətsiz dünyadır belə?"Bu gün, 07:25 |
|
"Baş verən faciə o qədər qarışıqdır ki, bilmirsən hansı suala cavab axtarasan ki, nə baş verdiyini anlayasan..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Atası şəhid olan uşaqların anası niyə özü baxmırdı uşaqlarına? Uşaqlar niyə nənə ilə yaşayırdılar? Şəhid ailəsinə ayrılan birdəfəlik və aylıq vəsait niyə anada idi? Balası öldürülmüş ata niyə müsahibədə ancaq pul kartından danışır və gözündə bir damla belə yaş yoxdur? Qayınata qayınanadan ayrı yaşayırsa, gəlini öldürməyə xüsusi olaraq ora niyə gəlib, kartı götürüb türməyə özü ilə aparmaq üçün? Bütün baş verən hadisədə iki uşağın taleyi necə olacaq? Ata şəhid, ana babaları tərəfindən öldürülüb və bu travma ilə böyüyəcəklər. Vətən uğrunda həlak olan bir insanın iki övladı niyə belə bir tale yaşayır, İlahi? Bu nə ədalətsiz dünyadır belə?"
Geri qayıt |